Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəkəri, Binə qəsəbəsində yerləşən "Elite Horse Club" atçılıq klubunun açıq manejində atçılığın konkur növü üzrə CSİ4* beynəlxalq turniri keçirilib. Siasport xəbər verir ki, Ümumilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş turnirdə Azərbaycan, Gürcüstan, Polşa və İrandan idmançılar iştirak ediblər. Turnirin ilk günündə 32 idmançı qüvvəsini sınayıb. Ümumilikdə isə yarışda 65-ə yaxın atın iştirakı gözlənilir.
Yarışı Türkiyə, Bolqariya, Rusiya, İran və Rumıniyadan dəvət olunmuş hakimlər kollegiyası idarə edib. Turnirin ümümi mükafat fondunu 265000 ABŞ dolları təşkil edir. Sabah baş tutacaq turnirə giriş tamaşaçılar üçün pulsuzdur. Mayın 4-də yarışa giriş pullu olacaq. Biletləri şəhərin kassalarından əldə etmək olar.
Qeyd edək ki, final günü yarışlar saat 18:30-da başlayacaq. Turnirin son günü konsert tədbirləri və lotoreya təşkil olunacaq. Lotoreyanın qalibini 1 ədəd KİA avtomobili gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB