Azad Rəhimov: Azərbaycanda “Tour de Azerbaijan” veloyürüşü hər il keçiriləcək"
"Tour de Azerbaijan" veloyürüşü mütəmadi olaraq Azərbaycanda keçiriləcək. Siasport idman portalının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimoiv deyib. Onun sözlərinə görə, Azərbaycanda "Tour de Turkey", "Tour de France" kimi hər il "Tour de Azerbaijan" veloyürüşünü keçirəcək: "Dünyada və Avropada belə veloyürüşlər keçirilir. Sözsüz biz də çalışırıq ki, yarış ən yüksək səviyyədə keçirilsin. Yaxın vaxtlarda Bakı şəhərindən regionlara – İsmayıllı, Oğuz, Şəki və digər rayonlarına tur yola düşəcək. Biz istəyərdik ki, bütün o şəhərlərdə, yollarda yarış yüksək səviyyədə hazırlansın və keçirilisin. Əgər bu turun səviyyəsi qalxsa və dünyada tanınmış idmançılar iştirak etsə, qısa müddətdə "Tour de France" səviyyəsində olmasa da yüksək səviyyəyə çata bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB