Polşanın paytaxtı Varşavada Feliks Stammın xatirəsinə həsr olunmuş sayca 30-cu ənənəvi boks turniri keçirilir. Siasport idman portalının məlumatına görə, yarışda kişilərlə yanaşı, üç çəki dərəcəsi üzrə qadınların da turniri təşkil olunub. Yarışda 51 kiloqram çəki dərəcəsində mübarizə aparan Əzizə Abbasova ilk görüşdə kanadalı Mendi Bujolda məğlub olaraq yarışdan kənarda qalıb.
Digər boksçumuz Yana Alekseyeva (60 kq) isə finala vəsiqə qazanıb. Milli komandamızın üzvü ilk görüşdə İspaniya nümayəndəsi Cennifer Mirandanı məğlub edib. Həmyerlimiz ikinci qarşılaşmada polşalı Sandra Kruk üzərində 1 xal fərqi ilə qələbə qazanıb. Boksçumuz final görüşündə ukraynalı Aleksandra Sidorenko ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB