“II Regional Media Kuboku” uğrunda mübarizəyə start veriləcək

“II Regional Media Kuboku” uğrunda mübarizəyə start veriləcək

Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən media nümayəndələrinin futbol komandalarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "II Regional Media Kuboku" uğrunda mübarizəyə başlayır. Siasport idman portalının məlumatına görə, turnir "Regional Medianın İnkişafına Yardım" İctimai Birliyi və "Kəpəz" Müstəqil Teleradio şirkətinin birgə təşkilatçılığı ilə mayın 1-də Gəncə şəhərində keçiriləcək.

Birincilik uğrunda RTV (Xaçmaz), Region TV (Bakı), CTV (Lənkəran), Kanal-S (Şəki), Kəpəz TV (Gəncə), EL TV (Yevlax), Türkel TV (Tovuz) və Alternativ TV (Gəncə) komandaları yarışacaq.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilati dəstəyi ilə keçirilən yarışın məqsədi Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin təbliği, futbola olan marağın daha da artırılması, eləcə də regional media nümayəndələri arasında əlaqələrin genişləndirilməsindən ibarətdir.

Qeyd edək ki, turnir mayın 5-dək davam edəcək.

Xatırladaq ki, "Regional Media Kuboku" uğrunda ilk yarış 2012-ci ildə Ulu Öndərin anadan olmasının 89-cu ildönümü münasibəti ilə Xaçmaz şəhərində keçirilib və həmin turnirin qalibi RTV-nin futbol komandası olub.

Bütün xəbərlər Facebook səhifəmizdə