"Barselona"nın futbolçusu "Bavariya" qarşısında baş əyir!

"Barselona"nın futbolçusu "Bavariya" qarşısında baş əyir!

"Barselona"nın braziliyalı forvardı Dani Alveş olduqca maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, dünən keçirilən qarşılaşmada "Bavariya"ya 0:4 hesabı ilə məğlub olan katalon klubunun futbolçusu, məğlubiyyətlərinə görə qarşılaşmanın baş hakimini deyil, özlərini günahkar sandıqlarını deyib. Bundan başqa, braziliyalı futbolçu alman klubunun sərgilədiyi oyuna görə "Bavariya" qarşısında baş əydiyini etiraf edib: "Bavariya"nı qarşısında baş əyirəm. Onlara qarşı oynamaq çox çətin idi. Rəqibimizi təbrik edirəm. Bizdən çox üstün oynadılar. Bir qol belə vura bilmədik. Qarşınızda sizdən daha güclü komanda varsa, onu ancaq təbrik etməlisiz".

Bütün xəbərlər Facebook səhifəmizdə