Xəbər verdiyimiz kimi, aprelin 30-da Tofiq Bəhramov adına Respublika stadionunda "Alletiko" Madrid" - "All Star of Azerbaijan" komandaları arasında beynəlxalq yoldaşlıq görüşü keçiriləcək. Siasport idman portalının məlumatına görə, haqqında söhbət gedən qarşılşamanın biletləri artıq satışa çıxarılmaq üzrədir. Biletləri sabahdan etibarən 28 Mall, Park Bulvar, Metro Park ticarət mərkəzlərində və stadionun kassalarında əldə etmək olar. Qiymətlərə gəldikdə, bu rəqəm sektor, sıra və yerdən asılı olaraq 2 manatdan 50 manat arasında dəyişir.
Qeyd edək ki, oyundan əvvəl və sonra azarkeşlərin və futbol həvəskarlarının diqqətinə möhtəşəm konsert proqramı təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB