Droqba "Qalatasaray"ı qələbəyə daşıdı!

Droqba "Qalatasaray"ı qələbəyə daşıdı!

Futbol üzrə Türkiyə Superliqasının 30-cu turu lider "Qalatasaray"ın qələbəsi ilə başlayıb. Siasport.az saytı xəbər verir ki, "cim bom" öz meydanında Vural Yılmazın çalışdırdığı "Elazığspor"u "Türk Telekom Arena"da qəbul edib. İlk dəqiqədəcə irəli atılan "Qalatasaray", elə 2-ci dəqiqədəcə hesabı açıb. Burak Yılmaz rəqib qapısına yol tapıb. Bundan cəmi 8 dəqiqə sonra Didye Droqba fərqlənərək, "Qalatasaray"a 2:0 hesablı qələbə qazandırıb. Amma qonaq komanda ruhdan düşməyib. Belə ki, Serdar cəmi 2 dəqiqə sonra Fernando Musleranın qoruduğu qapıya yol taparaq hesabı minimuma endirib. 25-ci dəqiqədə isə D.Droqba dubla imza ataraq, "Qalatasaray"ın 3:1 hesablı qələbəsini təmin edib.

Bütün xəbərlər Facebook səhifəmizdə