Millimiz "Prezident Kuboku" turnirində çıxış edəcək

Millimiz "Prezident Kuboku" turnirində çıxış edəcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 8-də Qazaxıstanın Astana şəhərində təşkil olunacaq ənənəvi VII "Prezident Kuboku" beynəlxalq turnirində iştirak edəcək. Siasport idman portalının məlumatına görə, turnirdə 8 komanda 2 qrupda mübarizə aparacaq.

Qrupların tərkibini və yığmamızın oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

A qrupu: Gürcüstan, İran, "Botafoqo" (Braziliya), Azərbaycan

B qrupu: Qazaxıstan, Çin, Qırğızıstan, Türkmənistan

9 may, saat 13:00. Gürcüstan - Azərbaycan

10 may, saat 11:00. "Botafoqo" - Azərbaycan

12 may, saat 14:00. Azərbaycan - İran

Komandaların qrupda tutduğu yerə müvafiq olaraq mayın 13-də final mərhələsinin oyunları keçiriləcək.

Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib. Turnir mayın 14-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə