Millimizin toplanışı olacaq

Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Siasport.az saytının məlumatına görə, milli komandamız aprelin 28-də təlim-məşq toplanışına start verəcək.

Qeyd edək ki, təlim-məşq toplanışı mayın 7-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə