Cüdoçularımız Qran-pri yarışlarında

Cüdoçularımız Qran-pri yarışlarında

Cüdo üzrə Azərbaycan yığması sabah Türkiyənin Samsun şəhərində keçiriləcək Qran-pri yarışlarında iştirak edəcək. Siasport.az saytının məlumatına görə, komandaya Orxan Səfərov (60 kq ), Nicat Şıxəlizadə, Vüqar Şirinli (hər ikisi 66 kq), Hüseyn Rəhimli, Rüstəm Orucov (73 kq), Tural Səfquliyev (81 kq), Şehmad Maqomedov, Şahin Arzumanov (hər iki 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər iksi 100 kq), Emil Tahirov və Vaxtanq Bitiyev (hər ikisi 100 kq-dən yuxarı) daxildir.
Qadınların yarışında Ayişə Qurbanlı (48 kq), Turanə Seyidi (52 kq), Kifayət Qasımova, Şəhanə Hüseynova (hər ikisi 57 kq) və Xanım Hüseynova (63 kq) çıxış edəcəklər.

Qeyd edək ki, yarışlar martın 31-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə