Xəbər verdiyimiz kimi, Bakının "Rəvan" klubunun futbolçusu Samuel Barlay Syerra-Leone millisinə dəvət alıb. Siasport.az saytının məlumatına görə, artıq mütəmadi olaraq yığma komandaya cəlb olunan yarımmüdafiəçi növbəti oyununa çıxıb. Belə ki, S.Barlay dünya çempionatının seçmə mərhələsi çərçivəsində Syerra-Leone milli komandasının heyətində Tunis yığması ilə görüşdə iştirak edib. İsveçli baş məşqçi Lars-Olof Mattsson futbolçuya 90 dəqiqə boyunca şans verib. Tunisin Rades şəhərində keçirilmiş oyun meydan sahiblərinin 2:1 hesabı ilə qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, üç turdan sonra Tunis milli komandasının hesabında 9 xal var. Syerra-Leone və Ekvatorial Qvineye yığmaları isə 4 xalla 2-3-cü yerləri bölüşürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB