Millinin məşq cədvəli açıqlandı

Millinin məşq cədvəli açıqlandı

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq şəhərində Lüksemburq, martın 26-da isə Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının bugünkü məşq cədvəli açıqlanıb. Siasport.az saytının məlumatına görə, millimiz bu gün saat 10:30 və 16:15-də məşqə çıxacaq.

Qeyd edək ki, bütün məşqlər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək və mətbuat üçün açıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə