"İnter" məşqlərə başladı

Xəbər verdiyimiz kimi, Dünya Çempionatı-2014-ün təsnifat mərhələsi ilə əlaqədar Premyer Liqada fasilə yaranıb. Siasport.az saytının məlumatına görə, "İnter"in baş məşqçisi Kaxaber Tsxadadzenin yetirmələrinə verdiyi 4 günlük istirahət başa çatıb. Bu gün "Şəfa" stadionuna toplaşan komanda məşqlərə başlayıb. "İnter" sabah da "Şəfa" stadionunda məşq edəcək.

Qeyd edək ki, Bakı təmsilçisi yaranmış fasilədən istifadə edərək yoxlama matçı da keçirəcək. Belə ki, "İnter" martın 23-də AZAL ilə görüşəcək. Oyun "Şəfa" stadionunda baş tutacaq.

Əlavə edək ki, Azərbaycan milli komandasına çağırılan Vladimir Levin, həmçinin gənclərdən ibarət milli komandamızın təlim-məşq toplanışına dəvət edilən Fuad Bayramov və Abdulla Abasiyev məşq prosesində iştirak etməyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə