Azərbaycan taekvondoçuları Almaniyada

Azərbaycan taekvondoçuları Almaniyada

Sabah Almaniyanın Hamburq şəhərində taekvondo üzrə "German Open" beynəlxalq turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, Azərbaycanı yarışda 18 idmançı təmsil edəcək.

Kişilərin turnirində Samir Aydınov (54 kq), Samir Cavadlı (58 kq), Ramik Nəzərov, Səbuhi İsmayılzadə (hər ikisi 63 kq), Hüseyn Mehrəliyev, Fariz Əliyev (hər ikisi 68 kq), İlkin Şahbazov, Elvin Məmmədov (hər ikisi 74 kq), Ramin Əzizov (80 kq), Bayraməli Vəliyev və Fərid Tağızadə (hər ikisi 87 kq) çıxış edəcəklər.
Qadınların turnirində Xəyalə Quliyeva (46 kq), Nübar Hacıyeva, Türkanə Tahirli (hər ikisi 49 kq), Aygül Abdullayeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq) və Fəridə Əzizova (67 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, turnir martın 12-dək davam edəcək

Bütün xəbərlər Facebook səhifəmizdə