Futbol üzrə İspaniya Kral Kubokunun yarımfinal mərhələsində ilk cavab qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, "Nou Kamp" arenasında iki əzəli rəqib olan "Barselona" və Madrid "Real"ı üz-üzə gəliblər. Yarımfinal mərhələsinin bundan əvvəl "Santyaqo Bernabeu" stadionunda keçirilmiş ilk qarşılaşmasında tərəflər 1:1hesablı nəticəyə razılaşmışdılar. Bu qarşılaşmada isə, hər iki tərəfi ancaq qələbə qane edirdi. Olduqca maraqlı və sürətli keçən qarşılaşmada, Madrid futbolçuları Kriştiyanu Ronaldonun dublu sayəsində meydanı 3:1 hesablı qələbə ilə tərk ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB