Babək Quliyev "Xəzər Lənkəran"ın idman direktoru təyin olundu

Babək Quliyev "Xəzər Lənkəran"ın idman direktoru təyin olundu

Keçmiş FİFA referisi Babək Quliyev "Xəzər Lənkəran"ın idman direktoru təyin olunub. Bu barədə Sportal.az saytı xəbər yayımladıqdan sonra Siasport.az saytının əməkdaşı B.Quliyevin özü ilə əlaqə saxlayıb. O, faktı təsdiqləyib və artıq 1 saatdır ki, komanda ilə birlikdə olduğunu qeyd edib: "Bəli, informasiya tamamilə doğrudur. Artıq 1 saatdır ki, komanda ilə birlikdəyəm. Birazdan Xocalı soyqırımı ilə bağlı ucaldılmış "Ana harayı" abidəsini ziyarət edəcəyik".

Babək Quliyev futbol həyatına 1983-cü ildə futbolçu olaraq başlayıb. 2001-ci ildən etibarən hakimlik fəaliyyətinə start verən B.Quliyev 2002-ci ildən peşəkar karyerasına FİFA referisi olaraq davam edib. 2009-cu ilə qədər Azərbaycanı beynəlxalq arenalarda təmsil edən referi 2009-cu ildə hakimlikdən kənarlaşdırılıb. Bununla belə, Babək Quliyev futboldan uzaqlaşmayıb. O, hazırda bir sıra media orqanlarında futbol eksperti olaraq hakimliyin səviyyəsini şərh edir.

Bütün xəbərlər Facebook səhifəmizdə