"Şalke"nin baş məşqçisi: "Biz "qalatasaray" azarkeşlərindən qorxmuruq"
Sabah UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İstanbulda "Qalatasaray"la üz-üzə gələcək Almaniya "Şalke"sindən iddialı açıqlamalar gəlməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, alman klubunun baş məşqçisi olan Hors Heldt öz açıqlamasında bildirib ki, onlar "Türk Telekom Arena"dakı azarkeş atmosferindən çəkinmirlər: "Bizim belə bir qorxumuz yoxdur. Ola bilər ki, "Qalatasaray" azarkeşləri böyük hay-küy salacaqlar. Amma biz bu azarkeş hay-küyündən qorxacaq biriləri deyilik. Biz "Olimpiokos"un əsl cəhənəmi xatırladan "Pire" stadionunda olmuşuq, İstanbuldakı meydandan niyə çəkinək ki?. Unutmayın ki, biz bu mövsüm UEFA Çempionlar Liqasında məğlub olmayan dörd komandadan biriyik"-deyə H.Heldt fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB