Paytaxtın ən yaxşıları müəyyənləşdi

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq ABU Arena idman salonunda idman rəqsləri üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, birincilikdə "Neftçi" İSM "Şane", "Sirdaş", "Azəri İnciləri", "Olimp", "Liman", "Rovestnik", "Çinar", "İmpuls", "Odlar yurdu" idman rəqs təşkilatlarını təmsil edən 31 idmançı iştirak edib.

Yarışın nəticələrinə görə "Uşaqlar 2" yaş dərəcəsində I yerə Pərviz İsmayılov və Fidan Muradova (Neftçi İSM), "Yeniyetmələr 1" yaş dərəcəsində I yerə Raul İskəndərov və Kamilə Əhmədova (Olimp İK), "Yeniyetmələr 2" yaş dərəcəsində I yerə Rauf Hacıyev və Yelizaveta Konçik (Şane İK) layiq görülüb.

Birincilikdə I, II və III yeri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə