Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, birincilikdə 88 nəfər idmançı mübarizə aparıb. Nəticələrə görə, çoxnövçülük üzrə 2005-ci il təvəllüdlülər arasında I yerə Rəhimə Aslanlı (Bakı PİK), 2004-cü il təvəllüdlülər arasında Arzu Cəlilova (Neftçi İSM), 2003-cü il təvəlludlülər arasında Ləman Hüseynova (Spartak İC), 2001-2002-ci il təvəllüdlülər arasında Leyli İbrahimova (Spartak İC), 1997-2000-ci il və 1996-cı il təvəllüdlülər arasında Veronika Ömərova (Milli komanda), qrup hərəkətləri üzrə Sərhədçi Olimpiya İdman Mərkəzinin komandası və klublar üzrə Bakı Peşəkar İdman Klubu layiq görülüb.
Qalib gəlmiş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB