Vaqif Cavadov: "Səfərə ancaq 3 xal dalınca gedəcəyik"

Vaqif Cavadov: "Səfərə ancaq 3 xal dalınca gedəcəyik"

"Milli komandaya yeni oyunçular dəvət olunub. Bu təlim-məşq toplanışının əsas məqsədi DÇ-nin seçmə oyunlarına hazırlaşmaqdır". Siasport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın üzvü Vaqif Cavadov deyib. Futbolçu Dubayda keçirilən təlim-məşq toplanışı barədə danışıb: "Həm klublarımızda, həm də milli komandanın toplanışlarında yaxşı hazırlıq keçməyimiz müsbət təsirini göstərəcək. Milli komandada futbolçular həmişə bir yerdə olmurlar. Ay ərinzdə bir dəfə toplaşırıq. Ona görə bu cür təlim-məşq toplanışları lazımdır. Dediyim kimi, mart ayında bizi səfərdə Lüksemburq yığması ilə vacib oyun gözləyir. Səfərə ancaq 3 xal dalınca gedəcəyik. İnanırıq ki, burda yaxşı hazırlaşıb Lüksemburda sərfəli nəticə qazanacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə