“Sumqayıt” FK - statistika nə göstərir?

“Sumqayıt” FK - statistika nə göstərir?

"Sumqayıt" klubu Topaz Premyer Liqasının arxada qalan 18 turunda 17 dəfə rəqib qapılarına yol tapıb. Siasport.az saytının məlumatına görə, komandanın ən məhsuldar futbolçusu Azərbaycan əsilli Pərdis Fərcad-Azaddır. 23 yaşlı forvard cari mövsümdə Premyer Liqada 5 qola imza atıb. 19 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü Orxan Əliyev, U-21-in üzvü Ruslan Qurbanov və Sabir Allahquliyev isə hərəyə 2 dəfə fərqləniblər. Komandanın buraxdığı qollara gəlincə, 10 oyunda çərçivəni qoruyan Səlahət Ağayev 17 dəfə topu tordan çıxarmalı olub. İkinci qapıçı Elçin Sadıqov isə altı oyunda meydana çıxıb və 7 dəfə məyus olub. İki görüşdə meydanda olan Anar Məhərrəmov qapısında 8 qol görüb.


Vurulan qollar: Pərdis Fərcad-Azad – 5 (qol), Orxan Əliyev – 2, Ruslan Qurbanov – 2 (1/1), Sabir Allahquliyev – 2, Murad Ağayev – 1, Aftandil Hacıyev – 1, Emin Cəfərquliyev – 1, Uğur Pamuk – 1, Ceyhun Sultanov – 1 (1/1), Məhəmməd Mirzəbəyov – 1.

Buraxılan qollar: Səlahət Ağayev – 17, Elçin Sadıqov – 7. Anar Məhərrəmov – 8.

Sarı və qırmızı vərəqələrin statistikası

Hakimlər "Sumqayıt"ın 18 üzvünü 2 qırmızı və 53 sarı vərəqə ilə cəzalandırıblar. Komandanın heyətində ən çox sarı vərəqə alan futbolçu Slavik Alxasovdur. 19 yaşlı müdafiəçinin aktivində 7 sarı vərəqə var. "Sumqayıt"ın iki üzvü isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Bunlar Aftandil Hacıyevlə Uğur Pamukdur.


Sarı və qırmızı vərəqələr
Uğur Pamuk – 5 - 1
Aftandil Hacıyev – 2 – 1
Slavik Alxasov – 7
Pərdis Fərcad-Azad – 6
Samir Abasov – 5
Məhəmməd Mirzəbəyov – 4
Murad Ağayev – 4
Ceyhun Sultanov – 3
Ruslan Qurbanov –3
Sabir Allahquliyev – 3
Emin Cəfərquliyev – 2
Xəyal Mustafayev – 2
Murad Doymuş – 1
Orxan Əliyev – 1
Ramil Həşimzadə - 1
Səlahət Ağayev – 1
Taner Takyak – 1
Elçin Sadıqov – 1

Qeydə alınan nəticələr
"Sumqayıt" – AZAL 2:2
"Turan" – "Sumqayıt" 0:1
"Sumqayıt" – "Qarabağ" 1:6
"Qəbələ" – "Sumqayıt" 4:1
"İnter" – "Sumqayıt" 1:0
"Sumqayıt" – "Neftçi" 3:2
"Sumqayıt" – "Bakı" 1:0
"Simurq" – "Sumqayıt" 1:0
"Sumqayıt" – "Rəvan" 0:1
"Kəpəz" – "Sumqayıt" 0:0
"Sumqayıt" – "Xəzər Lənkəran" 1:1
"Sumqayıt" – "İnter" 0:0
"Neftçi" – "Sumqayıt" 8:1
AZAL – "Sumqayıt" 1:1
"Sumqayıt" – "Simurq" 0:1
"Sumqayıt" – "Qəbələ" 0:1
"Rəvan" – "Sumqayıt" 2:3
"Sumqayıt" – "Kəpəz" 2:1

Evdə 10 3 3 4 10-15 12
Səfərdə 8 2 2 4 7-17 8

Evdə daha çox tamaşaçı

"Sumqayıt" Topaz Premyer Liqasında ən çox azarkeşə sahib olan klublardandır. Gənclik şəhərinin təmsilçisi evdəki görüşlərdə azarkeşlərinin dəstəyini demək olar ki, daim hiss edir. Klubun evdə keçirdiyi oyunları 37550 nəfər izləyib. Bu göstərici səfərdəki oyunlarda 13650 nəfərdir. Evdə "Qarabağ", "Neftçi" və "Rəvan"la oyunlar ən çox qeydə alınmış görüşlər olub.


Evdə ən çox tamaşaçı
"Sumqayıt" – "Qarabağ" 1:6 – 8000
"Sumqayıt" – "Neftçi" 3:2 – 8000
"Sumqayıt" – "Rəvan" 0:1 – 8000

Evdə ən az
"Sumqayıt" – "Kəpəz" 2:1 – 150

Səfərdə ən çox
"Turan" – "Sumqayıt" 0:1 – 6000

Səfərdə ən az
AZAL – "Sumqayıt" 1:1 – 200

Elvin Əsgərov ən çox oyun idarə edən hakimdir

Arxada qalan 19 turda 9 ədalət təmsilçisi "Sumqayıt"ın oyunlarını idarə edib. Əyalət təmsilçisinin oyunlarına ən çox təyinat alan referi Elvin Əsgərovdur. Əsgərov 4 görüşdə baş hakim kimi Raabın komandasını meydana çıxarıb. Gənclik şəhərin təmsilçisi onun idarə etdiyi görüşlərdə 6 xal toplamağı bacarıb.


Baş hakimlər:
Elvin Əsgərov – 4 (+, +, -, -)
Rauf Cabbarov – 3 (+, -, -)
Anar Salmanov – 2 (+, =)
Rəhim Həsənov – 2 (=, =)
Əliyar Ağayev – 2 (=, =)
Elçin Məmmədov – 2 (-, -)
Vüsal Əliyev – 1 (+)
Orxan Məmmədov – 1 (-)
Fariz Yusifov – 1 (-)

Baş hakimin köməkçiləri:
Rahil Ramazanov – 3
Nahid Əliyev – 3
Azər Əsgərov – 3
Mehman Mahmudov – 3
İsgəndər Əliyev – 3
Munis Abdullayev – 3
Namiq Hüseynov – 3
Mübariz Haşımov – 2
Elşən Acalov – 2
Coşqun Həsənov – 2
İlham Əliyev – 2
Ramiz Əsədov – 2
Yaşar Abbasov – 1
Zeynal Zeynalov – 1
Rza Məmmədov – 1
Elman Musayev – 1
Knyaz Əmiraslanov – 1

Dördüncu hakimlər:
Tahir Əhmədov – 5
Fərid Məmmədov – 3
Orxan Məmmədov – 2
İnqilab Məmmədov – 2
Ömər Paşayev – 2
Əliyar Ağayev – 1
Elçin Məmmədov – 1
Feyzulla Feyzullayev – 1
Elvin Əsgərov – 1

Qeyd: + qələbə, = heç-heçə, - məğlubiyyət deməkdir.

"Sumqayıt" FK Azərbaycan kubokunda
Ölkə kubokuna 1/8 final mərhələdən start verən "Sumqayıt" səfərdə 200 tamaşaçı qarşısında "Bakı" ilə qarşılaşıb. Rauf Cabarovun idarə etdiyi görüş paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsilə yekunlaşıb. "Sumqayıt"ın yeganə qoluna penaltidən Murad Hüseynov imza atıb.
Qeyd edək ki, bu qarşılaşmada "Sumqayıt"ın iki üzvü - Emin Cəfərquliyevlə Xəyal Mustafayev sarı vərəqə ilə cəzalandırılıb.

90. Anar Məhərrəmov – 90 dəqiqə
4. Samir Abasov – 90
8. Aqşin Muxtaroğlu – 62
77. Əbülfət Abbasov – 28
11. Sabir Allahquliyev – 90
13. Murad Ağayev – 90
17. Emin Cəfərquliyev – 90
22. Xəyal Mustafayev – 90
25. Aydın Qasımov – 90
27. Ramil Həşimzadə - 46
7. Pərdis Fərcad Azad – 44
70. Şamil Camaləddin – 90
95. Ruslan Nəsirli – 64
50. Murad Hüseynov – 2

Bütün xəbərlər Facebook səhifəmizdə