Antalyada təlim-məşq toplantısını davam etdirən "Bakı" bu gün 2 yoxlama oyunu keçirəcək. Siasport.az saytının məlumatına görə, komanda meydana iki fərqli heyətlə çıxacaq. İlk oyunun start fiti yerli vaxtla saat 15.00-da (Bakı vaxtı ilə saat 17.00-da) səslənəcək. Bu oyunda "Bakı"nın rəqibi Macarıstan təmsilçisi "Uypeşt Doja" olacaq.
İki saat sonra komanda ikinci qarşılaşmasını keçirəcək. Bakı vaxtı ilə saat 19.00-da Almaniyanın "Bergich Gladbach" klubu "Bakı"nın eksperimental heyəti ilə qarşı-qarşıya gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB