İstanbulun "Beşiktaş" futbol klubu Ukrayna "Şaxtyor"unda çıxış edən braziliyalı futbolçu Dentinhonu heyətinə cəlb edib. Siasport.az saytı xəbər verir ki, bu barədə "Beşiktaş" futbol klubu rəsmi açıqlama verib. Məlumatda deyilir ki, braziliyalı futbolçu mövsümün sonuna qədər İstanbul klubunda icarə əsasında çıxış edəcək. Braziliyalı futbolçu özünün twitter səhifəsində transferi ilə bağlı mövqeyini açıqlayıb. O bildirib ki, "Beşiktaş" kimi kluba transfer olunmağından məmnundur və özünü yaxşı tərəfdən sübut etməyə çalışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB