Türkiyədə təlim-məşq toplanışında olan "İnter" ikinci yoxlama matçını keçirib. Siasport.az saytının məlumatına görə, "İnter" - "İnqolştadt-04" görüşünə təmsilçimiz aşağıdakı heyətlə meydana çıxıb:
1) Giorgi Lomaya, 20) Brüs Abdulaye, 15) Vladimir Levin(K), 7) Ruslan Əmircanov, 6) Samir Zərgərov, 18) İlia Kandelaki, 25) İbrahima Niasse, 11) Asif Məmmədov, 5) Slavço Georgiyevski, 24) Fuad Bayramov, 28) Baçana Tsxadadze.
İkinci hissədə Kaxaber Tsxadadze əsasən gənc futbolçulara şans verib. Gərgin mübarizə və yağışlı hava şəraitində keçən qarşılaşma 3:1 hesabıyla alman komandasının xeyrinə başa çatıb. "İnter"in yeganə qolunu Daniel Genov vurub.
Xatırladaq ki, "İnter"in toplanış çərçivəsində Almaniyanın "Aalen" komandasına qarşı keçirdiyi ilk yoxlama matçı 1:1 hesabıyla yekunlaşmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB