Branimir Subaşiç: "Özümü burada əcnəbi saymıram"

Branimir Subaşiç: "Özümü burada əcnəbi saymıram"

"Qarabağ" klubu qış fasiləsində transferə doymur. Siasport.az saytının məlumatına görə, artıq Elvin Musazadə və Kristian Torresi sıralarına qatan komanda daha bir keçidi həll edib. Azərbaycana gəlmiş ən güclü legionerlərdən sayılan Branimir Subaşiç artıq "Qarabağ"ın uğurları üçün tər tökəcək. Azərbaycan millisinin də şərəfini qoruyan "Bane" artıq "Qarabağ"ın düşərgəsinə qoşularaq ilk məşqinə də çıxıb. Subaşiç keçidi və hədəfləri haqqında danışıb: "Artıq neçə illərdir Azərbaycanda oynayıram. Özümü burada əcnəbi saymıram. "Qarabağ"ı da elə yaxşı tanıyıram. Demək olar ki, əksər futbolçularla tanışam. Komandada məni çox yaxşı qarşıladılar. "Qarabağ"ın sistemi, məqsədi bəllidir. Əla kollektiv var. Futbol oynamaq üçün bütün şərtlər var. Bilirəm ki, cari mövsüm komandanın hədəfi çempionluqdur. Bura oynamağa və komandaya fayda verməyə gəlmişəm. Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. İnanıram ki, mövsümün sonunda çempionluğu bayram edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə