"Şalke"dən çətin qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 18 turun qarşılaşmalarına start verilib. Siasport.az saytı xəbər verir ki, "Hannover"i qəbul edən "Şalke", olduqca çətin qələbə qazanıb. Belə ki, ev sahibi komanda qonaqların ciddi müqaviməti ilə üzləşib. Buna baxmayaraq, "Şalke" meydandan 5:4 hesablı qələbə ilə ayrılmağı bacarıb. Turun digər qarşılaşmaları bu gün keçiriləcək.

19 yanvar

"Bavariya" - "Greuther Furs"

"Mainz" - "Frayburq"

"Bayer" (Leverkuzen) - "Ayntraxt"

"Hoffenhaym" - "Borussiya" (Münhenqladbax)

"Volfsburq" - "Ştuttqart"

"Verder" (Bremen) - "Borussiya" (Dortmund)

20 yanvar

"Nürnberq" - "Hamburq"

"Fortuna Düsseldorf" - "Augsburq"

Bütün xəbərlər Facebook səhifəmizdə