Hakimlərimizə yeni təyinatlar gəldi

Hakimlərimizə yeni təyinatlar gəldi

FIFA referisi Rəhim Həsənov və Əliyar Ağayev 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna təyinat alıb. Siasport.az saytının məlumatına görə, Rəhim Həsənov Macarıstanda təşkil olunacaq 3-cü, Əliyar Ağayev isə Almaniyada keçiriləcək 4-cü qrupun oyunlarında meydana çıxacaqlar. Bundan əlavə, Rəhim Həsənova elit-raund oyunlarında FIFA referi köməkçisi Yaşar Abbasov, Əliyar Ağayevə isə Mehman Mahmudov kömək edəcəklər

Hər iki qrupun oyunları martın 25-dən aprelin 1-dək olan müddətdə keçiriləcək. 3-cü qrupda Macarıstan, İsveç, Finlandiya və Belarus, 4-cü qrupda isə Almaniya, Ukrayna, Bolqarıstan və Estoniya yığmaları mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə