"Tranzonspor" "Sumqayıt"ın daha 2 üzvünə "elçi düşüb"

"Tranzonspor" "Sumqayıt"ın daha 2 üzvünə "elçi düşüb"

"Sumqayıt" Futbol Klubunun daha iki üzvü "Trabzonspor"un düşərgəsinə yollanacaq. Siasport.az saytının məlumatına görə, "bordo-mavililər" Orxan Əliyevdən başqa, hücumçu Ruslan Nəsirli və yarımmüdafiəçi Şamil Cəmaləddinovu da baxışa dəvət edib. Bu barədə dünən "Sumqayıt"a "Trabzonspor" Futbol Klubunun rəsmisi Özkan Sümer tərəfindən faks daxil olub.


Qeyd edək ki, Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov yanvarın 22-dən 29-dək "Trabzonspor"un düşərgəsində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə