Şneyder Ünal Aysalla Fatih Terim arasında "müharibə" yaratdı!

Şneyder Ünal Aysalla Fatih Terim arasında "müharibə" yaratdı!

Hollandiyalı ulduz futbolçu Uesli Şneyder, özü "Qalatasaray"a gəlməmiş, artıq İstanbul klubunu iki yerə parçalayıb. Siasport.az saytı xəbər verir ki, "Qalatasaray"a transferi ilin nağılına çevrilən U.Şneyder, istanbul klubunun rəhbərliyi arasında ciddi fikir ayrılığına səbəb olub. Belə ki, baş məşqçi Fatih Terim özünü "dağ başına" qoyan hollandiyalı futbolçunun transferindən vaz keçməyi təklif etsə də, klub prezidenti Ünal Aysal bunun tam əksinə fikirləşir. F.Terim U.Şneyderə ödəniləcək yüksək əmək haqqının komandada nizam-intizamı pozacağını irəli sürərək, hollandiyalının transferinə qarşı çıxış edir. Ü.Aysal isə, F.Terimə sərt şəkildə mesaj göndərərək, nəinki U.Şneyderi transfer edə biləcəyini, hətdda ona məşqçilik edə biləcək adam da tapa biləcəyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə