"Beşiktaş" "Olimpiakos"un əlcəzairli futbolçusunu transfer edib

"Beşiktaş" "Olimpiakos"un əlcəzairli futbolçusunu transfer edib

İstanbulun "Beşiktaş" futbol klubu "Olimpiakos"dan futbolçu transfer edib. Siasport.az saytı xəbər verir ki, "qara qartallar" Yunanıstan klubunun 28 yaşlı forvardı əlcəzairli Rafik Djebbouru heyətinə qatıb. "Fanatik.com.tr" idman saytı xəbər verir ki, İstanbul klubu bu futbolçuya görə yunanlara sadəcə 700 min avro ödəyəcək. Xatırladaq ki, əlcəzairli futbolçu "Olimpiokos"da 2011-ci ilin yanvarından çıxış edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə