"Bakı" Aqil Nəbiyevi transfer etdi

"Bakı" Aqil Nəbiyevi transfer etdi

"Bakı" futbol klubu qış transfer pəncərəsində ilk trensferini gerçəkləşdirib. Siasport.az saytının məlumatına görə, təcrübəli müdafiəçi Aqil Nəbiyevlə 1,5 illik müqavilə imzalanıb.
Aqil Nəbiyev 1982-ci il iyunun16-da Tovuz şəhərində (Azərbaycan) anadan olub. Ampluası müdafiəçidir. Premyer Liqada yer alan müxtəlif klubların heyətində çıxış edən Aqil eyni zamanda, Azərbaycan milli komandasının heyətinə cəlb edilən futbolçulardandır.
Aqil məmmədov peşəkar futbol karyerasına doğma şəhərində başlayıb. Boyu 187 sm, çəkisi 80 kq-dır.
30 yaşlı müdafiəçi 1999-2006-cı illərdə "Turan"nın idman şərəfini qoruyub. Nəbiyev Tovuz klubunun heyətində 145 oyun keçirib.
2006-cı ildə AZAl-a transfer olunan futbolçu son mövsümədək bu klubun formasını daşıyıb. AZAL-ın heyətində 100-dən artıq oyun keçirən Aqil Nəbiyev arada "Neftçi"nin sıralarına da dəvət olunub və bu klubda oynayıb.
Futbolçu Azərbaycan milli komandasının heyətində 8 oyun keçirib. Milli formada son oyunu 16 oktybar 2012-ci il tarixdə Rusiya ilə qarşılaşmaya (0:1) təsadüf edir.
O, 2013-cü ilin yanvar ayından etibarən "Bakı"ya transfer olunub və 2014-cü ilin iyun ayına qədər klubun uğurları üçün çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə