"Qarabağ" klubunu aparan təyyarə niyə gecikdi?

"Qarabağ" klubunu aparan təyyarə niyə gecikdi?

"Qarabağ" klubu artıq Antalyadadır. Siasport.az saytının məlumatına görə, 2013-cü ildə ilk dəfə toplaşan "Qarabağ" birbaşa qardaş ölkəyə yollanıb. Ağdam klubu dünən Bakı - İstanbul - Antalya reysi ilə hərəkət etməli idi. İstanbuldakı hava şəraiti ilə əlaqədar olaraq 1-ci reys 1 saat gecikib. İstanbulda isə "Qarabağ"ın legionerləri Miro Varvodiç, Ansi Aqolli, Admir Teli, Muarem Muarem komandaya qoşulublar. Komanda Antalyaya 19:15-də çatıb. Bir saat sonra isə "Qarabağ" artıq təlim-məşq toplanışı müddətində qərarlaşacağı "İC Santai" otelinə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə