Yanvarın 12-də saat 19:00-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 5-cü turunun matçında Azərbaycanın "Baku Fires" və Polşanın "Poland Hussars" komandaları qarşılaşacaq. "Baku Fires" 9 xalla A qrupunda 1-2-ci yerləri bölüşür. Poland Hussars isə 6 xalla qrupda 3-cü yeri tutur. Komandaların heyətləri artıq məlumdur:
"Baku Fires" - "Poland Hussars"
54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Grjeqorj Kozlovski (Polşa)
61 kq. Albert Səlimov (Rusiya) – Adam Vylezol (Polşa)
73 kq. Mixail Veselov (Belarus) – David Pak (Polşa)
85 kq. Ramazan Məhəmmədov (Azərbaycan) – Sergey Radçenko (Ukrayna)
+91 kq. Üzeypat İsmayılov (Azərbaycan) – Yan Sudzilouski (Belarus)
Ötən mövsüm komandamızın heyətində 3 görüşdə qalib gəlmiş Mixail Veselov cari çempionatda ilk döyüşünə çıxacaq. Avro-2010-un bürünc mükafatçısının rəqibi WSB liqasında debüt edəcək 23 yaşlı David Pak olacaq.
WSB liqasının fərdi yarışlarının qalibi Qairnek Qermaxanovun da döyüşü böyük maraq doğurur. Boksçumuz rəqib komandanın debütantı Kozlovski ilə üz-üzə gələcək. Qeyd edək ki, Qermaxanovun aktivində cari çempionatda artıq 1 qələbə var.
Dünya və Avropa çempionu Albert Səlimov "Baku Fires"in heyətində 3-cü qələbəsini qazanmağa çalışacaq.
Polşalılarla matçda "Baku Fires"in heyətində Üzeypat İsmayılov ilk döyüşünə çıxacaq.
"Poland Hussars" Bakıya iki legionerlə gəlir. Radçenko Ukraynanı, Sudzilouski isə Belarusu təmsil edir.
Turnir cədvəli:
- Mexico Guerreros – 9 xal (4 görüş)
- Baku Fires – 9 (3)
- Poland Hussars – 6 (4)
- Rusiya – 4 (2)
- Argentina Condors – 3 (3)
- Desert Hawks – 1 (4)
Bu həftə A qrupunda daha bir görüş keçiriləcək. Yanvarın 11-də Əlcəzairdə "Desert Hawks" 2Argentina Condors"u qəbul edəcək. Mexico Guerreros isə doğma divarlar arasında Rusiya komandası ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB