"AS" qəzeti: "Əziz Yıldırım Reyesi "Fənərbaxça"ya aparır"

"AS" qəzeti: "Əziz Yıldırım Reyesi "Fənərbaxça"ya aparır"

İstanbulun "Fənərbaxça" futbol klubu hazırda "Sevilya"da forma geyən Xose Antonio Reyesi transfer etmək üçün əməli işə keçib. Siasport.az saytı xəbər verir ki, hətta "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım da hazırda İspaniyadadır. Bu barədə İspaniyada nəşr olunan "AS" qəzeti xəbər yayıb. Qəzet iddia edir ki, X.A.Reyesin transferini həll etmək üçün Ə.Yıldırım "Sevilya"dakı həmkarı ilə danışıqlara başlayıb. Qəzetin yazıdığıa görə, "Fənərbaxça"nın Avropada mübarizəni davam etdirməsi və təklif edilən transfer haqqı futbolçunun İstanbul klubuna transfer ehtimalını yüksəldir.

Bütün xəbərlər Facebook səhifəmizdə