Rauf Əliyev: "Bu, ən azından komandama qarşı hörmətsizlikdir"

Rauf Əliyev: "Bu, ən azından komandama qarşı hörmətsizlikdir"

Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın hücumçusu Rauf Əliyev qış fasiləsində iş yerini dəyişmək ehtimalından danışıb. Siasport.az saytının məlumatına görə, o, bunları dilə gətirib: "Mən bu söhbətlərin qışda yenidən başlayacağını bilirdim. Amma bu haqda danışmaq istəmirəm. Çünki bu, ən azından komandama qarşı hörmətsizlikdir. Ağdam klubu ilə müqaviləm var. Belə şayiələr çoxdu. Lakin konkret heç nə yoxdu. 2013-cü ildə harda oynayacağımı hələ bilmirəm". //Azerisport.az

Bütün xəbərlər Facebook səhifəmizdə