Güləş üzrə Azərbaycan çempionatında növbəti qaliblər müəyyənləşdi
"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən böyüklər arasında Azərbaycan çempionatında sərbəst güləşçilər mübarizəyə qoşulublar. Siasport.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə keçirilən yarışda 1994-cü il təvəllüdlü və yuxarı yaşlı idmançılar iştirak edirlər.
Çempionatın üçüncü günündə Namiq Sevdimov (55), Emin Əzizov (66 kq), İlya Xomikayev (84 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) qızıl medal qazanıblar.
Şəxsi xarakter daşıyan yarışda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilib və tam dəst idman geyimi ilə təmin olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB