Qadın voleybolçulardan ibarət klublar arasında keçirilən Çempionlar Liqası yarışlarının pley-off mərhələsinin püşkü atılıb. Siasport.az saytının məlumatına görə, Lüksemburqda təşkil olunan mərasimdə Azərbaycan klublarının da rəqibləri müəyyənləşib. Turnirin pley-off mərhələsində Azərbaycanı üç komanda - "Rabitə", "Azərreyl" və "Lokomotiv" təmsil edəcək.
Püşkatmanın nəticəsinə görə, Azərbaycan çempionu "Rabitə" Fransanın "Kann" komandası ilə qarşılaşacaq. Digər komandalarımız - "Azərreyl" və "Lokomotiv" isə bir-biri ilə mübarizə aparmalı olacaqlar.
Qeyd edək ki, bu mərhələnin oyunları 2013-cü ilin yanvarında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB