İran klubu Mustafa Dənizili ilə bağlı bəyanat yaydı

İran klubu Mustafa Dənizili ilə bağlı bəyanat yaydı

İranın "Persepolis" futbol klubu, tanınmış türkiyəli futbol mütəxəssisi olan Mustafa Dənizli ilə bağlı rəsmi açıqlama yayıb. Siasport.az saytı xəbər verir ki, keçən il İran klubunun sükanı arxasına keçən, amma ailə problemləri üzündən bu klubla yollarını ayıran M. Dənizlinin yenidən bu kluba qayıdacağı ilə bağlı məlumatlar yayılmağa başlayıb. İran klubu isə, yaydığı rəsmi açıqlamada bəyan edib ki, onlar M.Dənizilini yenidən komandanın sükanı arxasında görmək istəmirlər və bu barədə yayılan məlumatlar şayiədən başqa bir şey deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə