Keçmiş FİFA referimiz və hakimlikdən ömürlük uzaqlaşdırılan Babək Quliyev Türkiyə kanallarının birində yayımlanan verilişə dəvət alıb. Siasport.az saytının məlumatına görə, bu haqda "Het-trik news" qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycanda da kifayət qədər tamaşaçı auditoriyası olan bu kanalda efirə gedən və həftədə bir dəfə canlı olaraq 1 saat 30 dəqiqə yayımlanan verilişdə Azərbaycan futbolunun indiki vəziyyəti ilə bağlı müzakirələr aparılacaq.Babək Quliyev xəbəri təsdiq etsə də, əlavə informasiya verməyin tez olduğunu bildirib. Yalnız verilişdə iştirakın nə zaman baş tutacağı barədə sualı cavablandıran Babək Quliyev bu haqda hələ dəqiq vaxt təyin olunmadığını qeyd ediib: "Həqiqətən belə bir təklif almışam. Dekabrın axırlarına kimi, ən geci yanvarda bu verilişdə iştirak edəcəyəm. Verilişin mövzusu bütünlüklə Azərbaycan futboluna həsr olunacaq. Hazırda Bakıdayam, şəxsi işlərimlə məşğulam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB