"Barselona"nın ulduz futbolçusu Leonel Messi, dünən axşam UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Benfika" ilə keçirilən qarşılaşmada ciddi şok yaşayıb. Siasport.az saytı xəbər verir ki, katalon klubu, 0:0 hesablı nəticə ilə başa çatan qarşılaşmada, argentinalı Leonel Messinin ciddi zədə alaraq meydanı xərəklə tərk etməsi, "Barselona"nı sarsıdan hadisə olub. Hazırda klubun həkimləri tərəfindən verilən rəyə əsasən, ulduz futbolçu hələ bir müddət yaşıl meydanlara həsrət qalacaq. Futbolçunun özü isə bildirib ki, zədəsi elə də ciddi deyil və tam sağaldıqdan sonra yenidən yaşıl meydanlara qayıtmağı düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB