"İnter”in müvəffəqiyyətsizliyindən rəqiblərimiz yararlanmağa çalışacaqlar"

"İnter”in müvəffəqiyyətsizliyindən rəqiblərimiz yararlanmağa çalışacaqlar"

"İnter"in gənc yarımmüdafiəçisi Abdulla Abasiyev Premyer Liqanın 14-cü turu çərçivəsində keçiriləcək "Simurq" - "İnter" matçı barədə fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, matçın çətin keçəcəyini qeyd edib: "Bizi çox çətin oyun gözləyir. İşimizi çətinləşdirən fakt odur ki, bu oyunda komandanın iki əsas mərkəz müdafiəçisi oynamayacaq - Vladimir Levin və Bryus Abdulaye. Lakin "Simurq"un da itkiləri var. İrəlidə çətin matç var. Biz turnir cədvəlində birinci yerdəyik və geriyə çəkilmək olmaz. Axı "İnter"in müvəffəqiyyətsizliyindən rəqiblərimiz yararlanmağa çalışacaqlar. Hər matçın böyük sınaq olduğu çox maraqlı mövsüm yaşayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə