Təlim-məşq toplanışı məqsədi ilə olkəmizə səfər edən Tbilisi "Dinamo"sunun 15 yaşa qədər futbolçulardan ibarət komandası "Qəbələ"li həmyaşıdları ilə ilk yoxlama oyununda üz-üzə gəlib. Siasport.az saytının məlumatına görə, bərabər mübarizə şəraitində keçən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gürcüstan təmsilçisinin heyətində Rati Artizaşvili və Giorgi Qoqilaşvili fərqlənib. Komandalar arasında növbəti oyun sabah baş tutacaq.
Xatırladaq ki, "Qəbələ" Futbol Klubunun təşəbbüsü ilə reallaşan səfərin məqsədi U-15 komandasının beynəlxalq təcrübəsinin artırılmasıdır. Gürcü klubu ilə qarşılaşmalar həm də mövsümün sonunda Qəbələdə təşkil olunacaq II Qəbələ Beynəlxalq Futbol Turnirinə hazırlıq məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB