Xəzər rayon Gənclər və İdman İdarəsi "2009-2014"-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramının icrasını təmin etmək məqsədilə XXV Spartakiadanın şahmat növü üzrə rayon final mərhələsini keçirib. Siasport.az saytının məlumatına görə, rayon final mərhələsində 6 məktəbi 30 idmançı təmsil edib. Yekun nəticələrə görə I yerə 181 saylı orta məktəb, II yerə 136 saylı orta məktəb və III yerə - 234 saylı orta məktəb layıq görülüb.
Qaliblərə Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB