Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 13-cü turunda "İnter" "Şəfa" stadionunda Tovuzun "Turan" klubu ilə qarşılaıb və rəqibindən üstün olub - 2:0. Siasport.az saytının məlumatına görə, oyundan sonra paytaxt təmsilçisinin baş məşqçisi Kaxaber Sxadadze fikirlərini bildirib: "Turan" komandasının və xüsusən də qapıçısının oyununu qeyd etməliyəm. Komandada məşqçi işi görsənir, son oyunlarda müxtəlif taktikalarla oynayırdılar. Əvvəllər "Turan" müdafiə futbolu oynayırdı, indi isə hücuma daha çox fikir verir. Gələcəkdə komandanın daha da yaxşı olacağını düşünürəm. Bu günkü oyunda biz rəqibdən güclü idik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB