Topaz Premyer Liqasının XII turuna "Xəzər Lənkəran" - "Rəvan" oyunu ilə yekun vurulub. Siasport.az saytının məlumatına görə, rəqibini 4:0 hesabı ilə məğlub edən cənublular turnir cədvəlində 4-cü pilləyə yüksəliblər. Qonaqların baş məşçisi komandasının yorğun olduğunu, "Xəzər Lənkəran"ın məşqçisi isə hazırlıqların nəticə verdiyini bildirib:
Kemal Alispahiç, "Rəvan" klubunun baş məşqçisi: "Rəqib komandanı təbrik edirəm. "Xəzər Lənkəran" təcürbəli futbolçulardan qurulmuş komandadır. Yaratdığımız qol imkanlarından yararlana bilmədik. Çox qol buraxmağımız pis oldu. Son bir həftədə keçirdiyimiz oyunlarda komanda çox yorulub, səhvlərimiz çox idi. Bu, futbolur, hər şey ola bilər".
Erik Roketa, "Xəzər Lənkəran" klubunun məşqçisi: "İlk növbədə Yunis Hüseynova və komanda rəhbərliyinə minnətdarlığımı bildirirəm. Komandanın vəziyyəti gərgin olsa da, mütləq qələbə qazanmalı idik. Buna nail olduq. Həftə ərzində keçdiyimiz hazırlıqlar öz nəticəsini göstərdi, bütün gücümüzdən istifadə etdik, hücum qurarkən cinahlardan daha çox yararlandıq. Bizim də oyunda səhvlərimiz oldu. İkinci qoldan sonra komanda daha soyuqqanlı oynadı. Futbolçulara təşəkkürümü bildirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB