"Qarabağ" 0-1 "Qəbələ"
(Rey Məmmədbəyli, 69)
Əvəzedicilər çempionatının 11-ci turunda "Qəbələ" səfərdə "Qarabağ"la üz-üzə gəlib. Siasport.az saytının məlumatına görə, gərgin mübarizə şəraitində keçən görüşün taleyini bir qol həll edib. Oyun boyu üstünlüyü əldən verməyən qonaqlar "Qarabağ"ı minimal hesabla məğlub etməyi bacarıblar. Rey Məmmədbəylinin qarşılaşmanın 69-cu dəqiqəsində aktivinə yazdığı qol komandasına 3 xal qazandırıb. Bu Reyin cari çempionatda vurduğu 10-cu qol kimi yadda qalıb. Sözügedən qələbədən sonra xallarının sayını 14-ə çatdıran "Qəbələ" turnir cədvəlinin 5-ci pilləsində möhkəmlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB