Bu gün futbol üzrə Azərbaycan Kuboku çərçivəsində doğma meydanda "Ağsu" ilə qarşılaşacaq "Tərəqqi" klubunun baş məşqçisi Vasif Vəliyev açıqlama verib. Siasport.az saytının məlumatına görə, gənc mütəxəssis oyunla bağlı qısa şəkildə fikirlərini bölüşüb: "Komandanın hazırlığı normal keçib. Öz qaydasında məşq etmişik. Kubok matçına demək olar ki, tam hazırıq. Çempionatda bu rəqibə məğlub olduğumuzdan kubok oyunu bizə əlavə stimul verir. Mənə elə gəlir ki, bu, yaxşı haldır. Psixoloji cəhətdən də görüşə hazırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB