Necati Ateş "Qalatasaray" barədə danışdı

Necati Ateş "Qalatasaray" barədə danışdı

Hazırda icarə əsasında "Eskişehirspor"da çıxış edən keçmiş "Qalatasaray"lı Necati Ateş, bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, "TRT"-nin "Futbol artı" proqramına qatılan ulduz futbolçu, hazıırda Türkiyədə ən güclü heyətə malik olan komanda kimi "Qalatasaray"ı gördüyünü dilə gətirib. N.Ateş bildirib ki, mövsümə və UEFA Çempionlar Liqasına pis başlamasına baxmayaraq o "Qalatasaray"ın ciddi uğurlar qazanacağına möhkəm inanır: "Orası mənim yuvam. İndi müvəqqəti olaraq buradayam. Amma zamanı gəldiyində məni yenidən "Qalatasaray"a çağırsalar məmnuniyyətlə gedərəm. Çünki mən bütün qəlbimlə "Qalatasaray"lıyam".

Bütün xəbərlər Facebook səhifəmizdə