Braziliyalı, ancaq "Fənərbaxça" futbol klubunun sabiq oyunçusu Aleks De Souza baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşüb. Siasport.az saytının məlumatına görə, tərəflər arasında görüş Ərdoğanın tələbi ilə baş nazirin "Dolmabağça" sarayındakı ofisində baş tutub. Baş nazir, görüşə həyat yoldaşı Diana ilə gələn braziliyalı futbolçunu sarayın salonunda qarşılayıb. Aleks baş nazirlə 70 dəqiqə müzakirələr edib.
Aleksi bir daha ölkəsində görməyi arzuladığını deyən Ərdoğan, braziliyalı futbolçuya qol düyməsi, həyat yoldaşına qəhvə dəsti, şal və broş, uşaqlarına isə oyuncaq hədiyyə edib. Braziliyalı cütlüklə türkcə danışan Ərdoğan futbolçunun həyat yoldaşına qəhvə dəstinin istifadəsi barədə məlumat verərək, "Aleks üçün qəhvəni özün hazırlayarsan və birlikdə içərsiniz", - deyib.
Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Fənərbaxça" fanatıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB