Arda Turan: "Hədəfimiz 2 qarşılaşmada 6 xal qazanmaqdır"

Arda Turan: "Hədəfimiz 2 qarşılaşmada 6 xal qazanmaqdır"

2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə Dünya çempionatı çərçivəsində Macarıstan və Rumıniya yığmaları ilə görüşlər keçirəcək futbol üzrə Türkiyə millisində, yüksək əhavl-ruhiyyə hökm sürür. Siasport.az saytı xəbər verir ki, Türkiyə millisinin kapitanı olan Arda Turan, keçirilən mətbuat konfransında bir sıra açıqlamalarla çıxış edib. "Atletiko Madrid"in ulduz futbolçusu bildirib ki, hazırda Rumıniya və Macarıstanla keçirəcəkləri hər iki qarşılaşmada ancaq və ancaq qələbə üçün meydana çıxmağa hazırlaşırlar. A.Turan qeyd edib ki, hazırda 2 oyundan 6 xal toplamaq, həm qrupdakı vəziyyəti yaxşılaşdırmaq baxımından, həm də Türkiyənin UEFA reytinqindəki yerini yüksəltmək üçün vacib hədəfdir. A.Turan bildirib ki, onlar türkiyəli azarkeşləri hər 2 qarşılaşmada sevindirmək üçün əllərindən gələn hər şeyi edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə